Cəlilabadda ağır qəzada ölən müəllim imiş - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabadda QAZ-53 markalı yük avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 2-si isə yaralanıb.

Cəlilabadda ağır qəzada ölən müəllim imiş - FOTO
Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabadda QAZ-53 markalı yük avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 2-si isə yaralanıb.

meqale.com unikal.az-a istinadən xəbər verir ki, qəzada həyatını itirən 1993-cü il təvəllüdlü Cavid Hüseynov Yardımlı rayonunun Alçabulaq kənd tam orta məktəbinin müəllimi olub.

Mərhum riyaziyyat və informatika fənlərini tədris edirdi. C.Hüseynov özü də həmin kəndin sakini olub.

Ailəli idi, iki övladı var.