Çempionlar Liqası üçün şok proqnoz
Opta superkompüteri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra turnirin əsas favoritini açıqlayıb.
meqale.com xəbər verir ki, süni intellekt bir çox futbol azarkeşinin gözlədiyindən fərqli namizədi çempionluğa yaxın görüb. Proqnoza görə, turniri qazanmaq ehtimalı ən yüksək olan komanda Londonun "Arsenal" klubudur - 28,7%.
Digər iddiaçılar arasında İtaliyanın "İnter" komandası 25,5%-lə ikinci, Fransanın "PSJ" klubu isə 24%-lə üçüncü sırada qərarlaşıb. Siyahının son pilləsində isə 21,8% şansla "Barselona" qərarlaşıb.
Tam siyahı belədir:
"Arsenal" - 28,7%
"İnter" - 25,5%
"PSJ" - 24%
"Barselona" - 21,8%