"Cenoa"nın müdafiəçisi İspaniya nəhənginə keçə bilər
"Cenoa"nın müdafiəçisi Radu Drequşen karyerasını İspaniya nəhəngində davam etdirə bilər.
meqale.com fanat.az-a istinadən xəbər verir ki, məlumatı "Sport"un əməkdaşı Alfredo Martines yayıb.
Məlumata görə, 21 yaşlı rumın futbolçunun xidmətində "Barselona" maraqlıdır. Mənbə Drequşinin müqaviləsində göstərilən sərbəstqalma məbləğinin 30 milyon avro olduğunu vurğulayıb.
Xatırladaq ki, "Cenoa" ötən mövsüm icarə əsasında formasını geyinən və özünü yaxşı tərəfdən göstərən Radunu bu yay 5,5 milyon avro qarşılığında "Yuventus"dan alıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun