Cənubi Koreyanı Şimali Koreya kimi təqdim etdilər - VİDEO
Olimpiadanın açılışında daha bir insident: Cənubi Koreya yığması "Koreya Xalq-Demokratik Respublikası" kimi təqdim edilib.
meqale.com bildirir ki, YonHap agentliyinin yazdığına görə, fransızdilli aparıcı səs sistemi vasitəsilə "République populaire démocratique de Corée" ifadəsini işlədib. Sonra ingilis dilində "Koreya Xalq-Demokratik Respublikası" elan edilib.
Ekranda göstərilən subtitrlərdə isə düzgün ad - "Cənubi Koreya Respublikası" qeyd olunub. Cənubi Koreya Mədəniyyət, İdman və Turizm Nazirliyi insidentlə bağlı BOK prezidenti Tomas Baxla görüş tələb etdiklərini bildirib.