Cənubi Koreyanın baş naziri koronavirusa yoluxdu
Cənubi Koreyanın baş naziri Han Dak Sunun bazar günü COVID-19 üçün verdiyi test müsbət çıxıb.
meqale.com oxuya istinadən bildirir ki, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundan qayıtdıqdan iki gün sonra hökumət başçısında koronavirus aşkarlanıb.
Məlumdur ki, siyasətçi gələn həftənin rəsmi tədbirlərini, o cümlədən çərşənbə axşamı, yanvarın 23-də Nazirlər Kabinetinin iclasında iştirakını ləğv edib. İclasa baş nazirin müavini Çoy Sanq-Mokun sədrlik edəcəyi gözlənilir.
Han Dak Sunun özü isə gələn həftəni evdə keçirmək və məsələlərə telefonla nəzarət etmək niyyətindədir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun