Çexiyada silah anbarı partlayıb, ölən və yaralananlar var

Çexiyada yerləşən "Libava" hərbi poliqonundakı silah anbarında partlayış baş verib.

Çexiyada silah anbarı partlayıb, ölən və yaralananlar var
Çexiyada yerləşən "Libava" hərbi poliqonundakı silah anbarında partlayış baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, səhər saatlarında baş verən hadisə güclü yanğınla müşahidə olunub. Nəticədə 9 nəfər xəsarət alıb.

Onlardan birinə hadisə yerində ilkin tibbi yardım göstərilib, digərləri isə helikopterlərlə xəstəxanaya çatdırılıb.

O da qeyd olunub ki, hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür. 

"Libava" hərbi poliqonundakı silah anbarında partlayışda azı 1 hərbçi ölüb.

Bu barədə Çexiya ordusundan məlumat verilib.

Hadisə zamanı 8 nəfərin də yaralandığı qeyd olunub.