Çimərliyə getmək istəyənlərin diqqətinə!

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. 

Çimərliyə getmək istəyənlərin diqqətinə!
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. 

meqale.com  Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu gün Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.