Sadettin Sarandan narkotik xəbərlərinə REAKSİYA
Xəbər verdiyimiz kimi, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində "Fənərbağça" klubunun prezidenti Sadettin Saranın saç nümunəsində narkotik maddə (kokain) aşkarlanıb.
meqale.com xəbər verir ki, məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən hazırlanan hesabat prokurorluğa təqdim olunub. Qan, sidik və dırnaq nümunələrində isə test nəticələri neqativ olub.
Sadettin Saran test nəticələrinin açıqlanmasından sonra açıqlama verərək bildirib:
"Məhkəmə Tibb İnstitutunun müsbət nəticə verdiyi iddia olunan maddəni heç vaxt istifadə etməmişəm. Bu iddialar mənim nüfuzuma xələl gətirməyə və təmsil etdiyim qurumları sarsıtmağa yönəlmiş açıq-aşkar böhtan kampaniyasıdır. Bütün nümunələri dərhal yenidən təqdim etməyə hazıram" .
Qeyd edək ki, Saran "narkotik maddələr təmin etmək" və "narkotik maddələrin istifadəsinə kömək etmək" ittihamları ilə prokurorluqda ifadə vermiş və sərbəst buraxılmışdı.