Çinin ən varlı adamı oldu
"Pinduoduo" və onun törəmə şirkəti "Temu"nun yaradıcısı Kolin Huan Çinin ən varlı adamı olub.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Blumberq" məlumat yayıb.
Nəşrin məlumatına görə, Kolin dünyanın ən varlı adamları siyahısında 25-ci yeri tutub. Onun sərvəti 48,6 milyard dollar qiymətləndirilir.