"Çöp adam"ın aktrisası yeni serialda - FOTO
Türkiyəli aktrisa Elçin Afacanın yeni layihəsi açıqlanıb.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Asya" serialında rol alacaq. O, layihədə "Işık" obrazına həyat verəcək. Ekran işində rol alacaq aktrisalardan biri də Ece Dizdardır. O, "Melda" obrazı ilə izləyicilərin qarşısına çıxacaq.
Qeyd edək ki, serialın baş rolu aktrisa Ahsen Eroğluna həvalı edilib. Ekran işi 26 bölümdən ibarətdir. Elçin son olaraq "Çöp adam", Ece isə "Bir derdim var" serialında çəkilib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun