Çörəkbişirmə sexinin işçiləri dəm qazından zəhərləndi

Gədəbəy şəhəri ərazisində yerləşən çörəkbişirmə sexində dəm qazından zəhərlənmə halı baş verib.

Çörəkbişirmə sexinin işçiləri dəm qazından zəhərləndi
Gədəbəy şəhəri ərazisində yerləşən çörəkbişirmə sexində dəm qazından zəhərlənmə halı baş verib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, sexdə işləyən 1976-cı il təvəllüdlü X.Həsənova, 1971-ci il təvəllüdlü P.Sadıqova və 1986-cı il təvəllüdlü S.Hüseynova dəm qazından zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.