Cüdoçularımız daha 3 qızıl qazandı - FOTO

Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisi uğurlu çıxış edib.

Cüdoçularımız daha 3 qızıl qazandı - FOTO
Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisi uğurlu çıxış edib.

meqale.com xəbər verir ki, təmsilçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıblar.

M-4 yaş kateqoriyasında Babək Hacıyev (60 kq), Vaqif Kərimov (73 kq) və Emil Hüseynov (100 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar. M-3 yaş kateqoriyasında isə Samir İsmayılov (81 kq) üçüncü yeri tutub.