Cümə namazında izdiham - Ölənlər var
Suriyanın paytaxtı Dəməşqdə Əməvi məscidində izdiham yaşanıb.
meqale.com xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə insanlar cümə namazından sonra Əməvilər məscidindən çıxarkən izdiham yaranıb.
İlkin məlumata görə, izdiham nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Vətəndaşların məsciddə yaralılara göstərdiyi ilk tibbi yardım görüntüləri sosial mediada əksini tapıb.
Həmin görüntüləri təqdim edirik: