Dünya şöhrətli müğənni kor ola bilər

Britaniyalı müğənni Robbi Uilyams arıqlamaq üçün inyeksiyalar səbəbindən korluq təhlükəsi ilə üzləşib.

Dünya şöhrətli müğənni kor ola bilər
Britaniyalı müğənni Robbi Uilyams arıqlamaq üçün inyeksiyalar səbəbindən korluq təhlükəsi ilə üzləşib.

meqale.com oxuya istinadən xəbər verir ki, 51 yaşlı sənətçinin sözlərinə görə, son aylarda çəki azaltmaq üçün populyar olan preparatın inyeksiyasından sonra o, getdikcə bulanıq görməyə başlayıb. Uilyams ilk dəfə Amerika futbolu matçında olarkən bəzi oyunçuları görə bilməyəndə problemin yarandığını hiss edib.

"Bir müddət hər şey duman içində idi və bu hal getdikcə daha da pisləşir. Bunun yaş səbəbindən olduğunu düşünmürəm, güman edirəm ki, bunun səbəbi inyeksiyalardır", - deyə o paylaşıb.

Bundan əlavə, müğənni əlavə edib ki, indi o, konsertləri zamanı tamaşaçıları da görmür.