Daim yorğunluq hiss edənlər bu analizləri versin

Xroniki yorğunluq, enerjisizlik və halsızlığı olanlar terapevt və endokrinoloq müayinəsindən keçməlidir.

Daim yorğunluq hiss edənlər bu analizləri versin
Xroniki yorğunluq, enerjisizlik və halsızlığı olanlar terapevt və endokrinoloq müayinəsindən keçməlidir.

meqale.com medicina.az-a istinadən xəbər verir ki, endokrinoloq Marina İvanova yorğunluq zamanı təyin olunan analizləri açıqlayıb.

"Əgər siz normal qidalanırsızsa, istirahət və iş rejimi normaldırsa, amma yorğunluq azalmırsa, bu analizlər təyin olunur.

- Qanın ümumi analizi - hemoqlobin, vitamin azlığı

- Dəmir, ferritin - hemoqlobin normal olsa da, dəmir yoxlanmalıdır.

- Qalxanvari vəzin hormonları- TSH və s. Çünki zob xəstəliyində də yorğunluq olur.

- D, B12 vitamini - defisitlər zamanı iş qabiliyyəti azalır.

Eyni zamanda xəstənin təzyiqi yoxlanılır, USM olunur və böyrəküstü vəziləri, stress səviyyəsi yoxlanılır".