Dani Alvesin azadlığa çıxması üçün 1 milyonu kimin ödədiyi bəlli oldu
1 milyon avroluq girov qarşılığında azadlığa buraxılan Dani Alves üçün bu məbləğin kimin ödədiyi bəlli olub.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, pul ödənişi veteran futbolçunun ölkəsində dərc edilən jurnallardan biri tərəfindən həyata keçirilib.
Adı qeyd olunmayan jurnalın bu addımı atmaqda məqsədi Alvesdən yaxın günlərdə geniş müsahibə almaq istəyi olub. Razılığa əsasən, braziliyalı həbsxanada yaşadığı bütün maraqlı anlar haqqında danışacaq.