Dava düşdü, araya girən 22 yaşlı gənc də bıçaqlandı

Ötən gün Bakıda bıçaqlanma hadisəsi baş verib.

Dava düşdü, araya girən 22 yaşlı gənc də bıçaqlandı
Ötən gün Bakıda bıçaqlanma hadisəsi baş verib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saat 23:30 radələrində Sabunçu rayonunda qeydə alınıb. 

Belə ki, 1999-cu il təvəllüdlü Mürşüd Dəmirov aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Səfiyar Quluzadəyə döş qəfəsindən 1 ədəd bıçaq xəsarəti yetirib. Həmin şəxsləri ayırmağa çalışan 2002-ci il təvəllüdlü Kamran İbrahimov da qarın nahiyəsindən bıçaq yarası alıb. 

Bakı şəhəri Sabunçu RPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb. 

Mürşüd Dəmirovun tapılması istiqamətlərində əməliyyat-axtarış tədbirləri davam edir.

-----------