De Xea “Bavariya”nın təklifinə müsbət cavab verdi
İspaniyalı qapıçı David de Xea karyerasını Almaniyada davam etdirməyə yaxındır.
meqale.com Apasport.az-a istinadən xəbər verir ki, təcrübəli qolkiper "Bavariya"ya keçidə razılıq verib.
Münhen təmsilçisi azad agent statusuna malik Davidi bu yay heyətində görmək istəyir. Əgər "Mançester Siti"nin qapıçısı Ştefan Orteqanın keçidi baş tutmasa, de Xea "Bavariya" ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, ötən mövsüm "Mançester Yunayted"də forma geyinən qolkiperin müqaviləsi bu yay başa çatıb.