“Dedilər ki, vay-vay, Ruhəngiz efirə çıxıb güzgü satır”

"Yeni aldığım evimi təmir edib, pis günə qoyan ustalar müəyyən insanların qarşısında cavab verəcəklər. Hələ mənim başım qarışıqdır. Dəyən ziyanı bir-bir yazıb o ustaları şikayət edəcəm". 

meqale.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva qonaq olduğu "Elgizlə izlə" verilişində deyib. 

Sənətçi bildirib ki, ustalar tərəfindən buraxılan səhvlərə görə, evini ikinci dəfə təmir edəcək:  "Hamam otağı ikinci dəfə sökülüb yenidən təmir olunmalıdır. Onlar elə danışıb ağlayırlar ki... İndi qəpik-qəpik pul yığıram, evimin təmirinə yenidən başlayıram. Təmirli evə gəlmişəm, amma yenidən məcbur olub təmir etdirməliyəm".  R.Allahverdiyeva onu əl işi sayılan güzgülərini satdığına görə məsxərəyə qoyanlara ismarış yollayıb:  "Çox insanlar mənim verilişdə güzgülərimi satmağımı lağa qoydu. Dedilər ki, vay-vay, Ruhəngiz efirə çıxıb güzgü satır. Güzgü, meyvə-tərəvəz və ya paltar satmaq ayıb deyil. Düzlüklə pul qazanmaq üçün Allah yol açır". 

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun