Dəhşətli yanğın kosmosdan belə görünür - FOTOlar
ABŞ-nın Kaliforniya ştatını bürüyən yanğının kosmosdan fotoları yayılıb.
meqale.com xəbər verir ki, fotolar "Roskosmos"un peykləri tərəfindən çəkilib.
Fotolarda ABŞ-ın cənub-qərbi və Meksikanı bürüyən yanğınlar görünür.
Kaliforniyada ümumi sahəsi 14 min hektardan çox olan beş böyük yanğın baş verib. Meşə yanğınları 11 nəfərin həyatına son qoyub./modern.az