Dembele Messinin rekordunu yenilədi

PSJ-nin futbolçusu Usman Dembele yeni rekorda imza atıb.

Dembele Messinin rekordunu yenilədi
PSJ-nin futbolçusu Usman Dembele yeni rekorda imza atıb.

meqale.com xəbər verir ki, bu barədə "Stats Foot" məlumat yayıb.

28 yaşlı hücumçu buna Fransa çempionatının 24-cü turu çərçivəsində "Lill"lə oyunda (4:1) qol vuraraq nail olub. 

Fransalı vinger 2025-ci ildə vurduğu qollarının sayını 18-ə çatdırıb. Beləliklə o, 21-ci əsrdə Avropanın "böyük beşlik" çempionatlarına aid rekordu yeniləyib. Bu əsrdə yanvarın 1-dən martın 1-dək Avropanın ən yaxşı beş liqasında heç bir oyunçu bu qədər qol vurmayıb. Buna qədər sözügedən rekord Lionel Messiyə məxsus idi. "İnter Mayami"nin futbolçusu "Barselona"da çıxış edərkən - 2016-cı ildə martın 1-nə qədər 17 qol vurmağı bacarmışdı.