Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Ötən gün Bilgəh çimərliyində bədbəxt hadisə baş verib.

Dənizdə batan qadını xilas edərkən özü boğuldu
Ötən gün Bilgəh çimərliyində bədbəxt hadisə baş verib.

meqale.com azxəbər-ə istinadla bildirir ki, 1994-cü il təvəllüdlü Anar İsmayılov dənizdə batıb.

Belə ki, mərhum çimərlikdə başqa bir qadının batdığını görüb və onu xilas etməyə çalışıb. Qadın sağ qalsa da, Anarın həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Anar ticarət mərkəzlərinin birində mühafizəçi işləyib.