Deputat: Bakıda uşaqlar “cofeeshop”larda çalışır, lotereyalar satırlar

Bakıda son zamanlar çox sayda yeni yaradılan "cofeeshop"larda 14-15 yaşlı uşaqlar çalışır.

Deputat: Bakıda uşaqlar “cofeeshop”larda çalışır, lotereyalar satırlar
Bakıda son zamanlar çox sayda yeni yaradılan "cofeeshop"larda 14-15 yaşlı uşaqlar çalışır.

meqale.com report-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev mayın 17-də parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı çıxışında deyib.

O bildirib ki, əksər "cofeeshop"larda vəziyyət eynidir: "Hətta sahibkara yaxınlaşıb bunun səbəbini soruşanda həmin uşaqların valideynlərinin olmadığını və yardım üçün bunu etdiyini dedi. Bu məsələlərin həlli yolları tapılmalıdır".