Dərs üçün yola çıxan uşaqlar məktəbə yox xəstəxanaya aparıldı - VİDEO
Şagirdlər və müəllim avtobusda dəm qazından zəhərləniblər.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki, Saatlı rayonunun Qaranuru kəndində iritutumlu avtobusla dərsə yollanan 8 şagird və müəllimənin halı pisləşib...Onlarda ürəkbulanma və halsızlıq yaranıb. Şagirdlər və müəllimə dərhal rayon xəstəxanasına çatdırılıb.
Zəhərlənən məktəblilərin valideynləri baş vermiş hadisədən xəbər tutan kimi xəstəxanaya gəliblər.
Hadisə ilə bağlı "TƏBİB" də açıqlama verib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun