Di Marianın ayaqları yerdən üzüldü - xərəklə apardılar
Anxel Di Mariya "Rosario Sentral" klubuna qayıtdıqdan sonra ilk matçında zədələnib.
meqale.com xəbər verir ki, Argentina çempionatında "Rosario Sentral" "Qodoy Krus" ilə heç-heçə edib (1:1).
79-cu dəqiqədə Di Mariya penaltini reallaşdırıb, 10 dəqiqə sonra isə zədə səbəbindən əvəzlənib.
Futbolçu meydanı özü tərk edə bilməyib və onu xərəklə aparıblar.