Dmitri Medvedev: "Makron, Fransadan rədd ol!"
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev zarafatla Fransa Prezidenti Emmanuel Makronu ölkədən qaçmağa çağırıb.
meqale.com oxuya istinadən xəbər verir ki, D.Medvedev bu barədə özünün "X" hesabında yazıb.
"Makron, Fransadan rədd ol! Durovun ordusu artıq sənin arxanca gəlir" , - D.Medvedev göz yaşları ilə gülüş emojisi əlavə edərək bu cümləni tamamlayıb.
Qeyd edək ki, "Telegram"ın təsisçisi Pavel Durov dünən Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.