Dorival Junior istefaya göndərildi

Dorival Junior futbol üzrə Braziliya millisi komandasının baş məşqçisi postunu tərk edib.

Dorival Junior istefaya göndərildi
Dorival Junior futbol üzrə Braziliya millisi komandasının baş məşqçisi postunu tərk edib.

meqale.com qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) saytında məlumat verilib.

"Rəhbərlik mütəxəssisə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır. Bundan sonra CBF ona əvəz axtaracaq", - deyə məlumatda bildirilib.

Dorival Juniorun işdən çıxarılmasına 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Braziliyanın Argentinaya böyükhesablı (1:4) məğlubiyyəti olub. Braziliya hazırda turnir cədvəlində dördüncü yerdədir.

62 yaşlı Junior 2024-cü ilin yanvarında Braziliya millisinin baş məşqçisi vəzifəsinə keçmişdi.