Dövlət orqanlarında işləyənlər üçün YENİLİK - DSMF onlara sığorta pulu verəcək

2026-cı il yanvarın 1-dən etibarən istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı mühüm hüquqi dəyişiklik qüvvəyə minib.

Dövlət orqanlarında işləyənlər üçün YENİLİK - DSMF onlara sığorta pulu verəcək
2026-cı il yanvarın 1-dən etibarən istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı mühüm hüquqi dəyişiklik qüvvəyə minib.

meqale.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.

Yeni qaydalara əsasən, bir sıra dövlət və bələdiyyə qurumlarında çalışan şəxslər icbari sığorta sisteminə cəlb olunacaq.

Dəyişikliklər dövlət və bələdiyyə orqanlarında, eləcə də dövlət və ya bələdiyyə mülkiyyətində olan, yaxud paylarının nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, həmçinin dövlət adından yaradılan publik hüquqi şəxslər və büdcə təşkilatlarında çalışanlara şamil olunacaq.

Qeyd olunur ki, istehsalat təcrübəsi keçən tələbə və şagirdlər, eləcə də könüllü fəaliyyətin iştirakçısı olan könüllülər də istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta ilə təmin ediləcəklər. "Bu sığorta mexanizminin həyata keçirilməsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən təmin olunacaq. Məqsəd əmək fəaliyyəti zamanı risklərə məruz qalan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onların hüquqlarının daha etibarlı qorunmasıdır".