Türk gənc qızın hekayəsi diqqət çəkdi: "2 ay öncə Kəbədə dua etmişdim ki..." - VİDEO

Sosial şəbəkələrdə yayılan video qısa zamanda böyük maraq doğurub.

Türk gənc qızın hekayəsi diqqət çəkdi:
Sosial şəbəkələrdə yayılan video qısa zamanda böyük maraq doğurub.

meqale.com xəbər verir ki, görüntülərdə Kəbəni ziyarət edən Türkiyəli gənc qızın ürəkdən etdiyi duanın qəbul olunması əksini tapıb.

Gənc qız videoda bildirir ki, müqəddəs məkana tez-tez gələ bilmədiyi üçün səmimi bir niyyətlə dua edib. O, Kəbəni daha tez-tez ziyarət edə bilmək, səfər xərcləri və maddi çətinliklər yaşamadan bu müqəddəs məkana yolunun açılmasını arzulayıb. "Buraya gəlmək üçün pul problemi olmasın" - deyə etdiyi dua izləyiciləri duyğulandırıb.

Onun sözlərinə görə, bu dua cəmi iki ay sonra gözləmədiyi şəkildə qəbul olub. Belə ki, işi ilə bağlı öz ölkəsindən sözügedən ölkəyə (Səudiyyə Ərəbistanına) vəzifə təyinatı alıb. Bu isə ona Kəbəni daha rahat və tez-tez ziyarət etmək imkanı yaradıb.

Gənc qız başına gələnləri "duanın möcüzəsi" kimi qiymətləndirib və videoda yaşadığı sevinci gizlətməyib. Görüntülər sosial şəbəkə istifadəçilərinin  Bir çoxları bu hekayəni iman və ümid nümunəsi kimi dəyərləndirib, digərləri isə qızın səmimiyyətini təqdir edib.

Video minlərlə baxış toplayıb.