Drift edib "Yeni il ağacı"nı vurdu - VİDEO

Qazaxıstanda Yeni ili qeyri-adi şəkildə qarşılamaq istəyən avtomobil həvəskarının cəhdi uğursuzluqla nəticələnib.

Drift edib
Qazaxıstanda Yeni ili qeyri-adi şəkildə qarşılamaq istəyən avtomobil həvəskarının cəhdi uğursuzluqla nəticələnib.

meqale.com xəbər verir ki, Türküstan vilayətində gecə saatlarında təşkil olunan drift nümayişi zamanı sürücü bayram üçün bəzədilmiş Yeni il yolkasına çırpılıb. Hadisədən sonra o, ərazini tərk etməyə cəhd göstərsə də, bu mümkün olmayıb.

Hüquq-mühafizə orqanları müşahidə kameralarının köməyi ilə sürücünün şəxsiyyətini qısa zamanda müəyyən ediblər. Nəticədə, o, zədələnmiş yolkanın bərpasını öz üzərinə götürməli olub, avtomobili isə cərimə meydançasına aparılıb.

Beləliklə, Yeni ili fərqli qeyd etmək istəyən sürücü üçün drift əyləncəsi gözlənildiyindən xeyli baha başa gəlib.