30 yaşdan sonra nə yemək olmaz?

30 yaşdan sonra məhdudlaşdırılması tövsiyə olunan qidalar açıqlanıb.

30 yaşdan sonra nə yemək olmaz?
30 yaşdan sonra məhdudlaşdırılması tövsiyə olunan qidalar açıqlanıb.

meqale.com xəbər verir ki, 30 yaşdan sonra maddələr mübadiləsi yavaşlayır və orqanizmin bəzi qidalara reaksiyası dəyişir. Bu səbəbdən gündəlik qidalanmada müəyyən məhsulların azaldılması və ya tamamilə menyudan çıxarılması sağlamlığın qorunması baxımından vacib sayılır.

Araşdırmalara görə, bu yaşdan sonra şəkərli içkilər və şirniyyatlar xüsusilə risklidir. Onlar qan şəkərinin sürətlə qalxıb-enməsinə səbəb olur, artıq çəki, insulinə davamlılıq və ürək-damar problemləri riskini artırır. Eyni zamanda ağ undan hazırlanan çörək, bulkalar və digər məmulatlar uzunmüddətli toxluq hissi yaratmadığı üçün piylənməyə zəmin yaradır.

Mütəxəssislər kolbasa, sosis və digər emal olunmuş ət məhsullarının da tez-tez istehlak edilməsini məsləhət görmürlər. Bu məhsullar yüksək miqdarda duz, doymuş yağ və konservantlar ehtiva edir ki, bu da təzyiqin yüksəlməsi və ürək xəstəlikləri riskini artırır. Qızardılmış və fast-food qidalar isə qaraciyər və həzm sistemi üçün əlavə yük yaradır.

Bundan başqa, çox duzlu qidalar orqanizmdə maye tutulmasına, təzyiq problemlərinə və böyrək yükünün artmasına səbəb ola bilər. Alkoqolun həddindən artıq qəbulu da 30 yaşdan sonra xüsusilə təhlükəli hesab olunur, çünki qaraciyərin bərpa qabiliyyəti azalır.