DTX-nin həbs etdiyi Dövlət Turizm Agentliyinin əməkdaşı haqda yeni qərar
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilən Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynovun həbsdə saxlanılma müddəti uzadılıb.
meqale.com-ın məlumatına görə, Səbail Rayon Məhkəməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qərar qəbul edib.
Məhkəmə iş üzrə əlavə sübutların toplanılmasının zəruriliyini nəzərə alaraq, Nicat Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin daha 2 ay uzadılmasına qərar verib.