Dubay-Moskva təyyarəsi niyə Bakıya məcburi eniş edib?
Dubay-Moskva reysi ilə uçan təyyarənin Bakıda məcburi eniş etməsinin səbəbi açıqlanıb.
Bu barədə meqale.com-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
"Dünən axşam Dubay-Moskva reysi ilə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib.
Məcburi enişin səbəbi sərnişinlərdən birinin özünü etik qaydalara uyğun aparmaması olub", məlumatda deyilir.