Duma onu yenidən Baş nazir postuna təsdiqlədi

Rusiyanın Dövlət Duması bu gün keçirilən plenar iclasda Mixail Mişustinin ölkənin Baş naziri olaraq təsdiqlənməsinə səs verib.

Duma onu yenidən Baş nazir postuna təsdiqlədi
Rusiyanın Dövlət Duması bu gün keçirilən plenar iclasda Mixail Mişustinin ölkənin Baş naziri olaraq təsdiqlənməsinə səs verib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, səsvermədə iştirak edən 432 deputatdan 375-i Mişustinin lehinə səs verib. 57 deputat bitərəf qalıb. Əleyhinə səs verən olmayıb.

Məlumata görə, Mişustinin bu vəzifəyə təyin edilməsi ilə bağlı müvafiq qərar  imzalanması üçün Rusiya Prezidenti Vladimir Putinə göndəriləcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin ölkənin Baş naziri postuna namizədliyini Dövlət Dumasına təqdim etmişdi.