Dünya çempionu aktyora ərə getdi - FOTO
2008-ci ilin basketbol üzrə Avropa çempionu Katerina Keyru "Univer" və "SaşaTanya" seriallarının aktyoru Aleksey Qavrilovla evlənib.
meqale.com lente istinadən xəbər verir ki, Aleksey toy şəklini sosial şəbəkədə paylaşıb.
"Mən səni çox sevirəm, sən heyrətamiz dərəcədə gözəl qadınsan, müdrik ruhsan, tanıdığım ən istedadlı insansan, mülayim, mehriban, səmimi, zərif, alovlu, sən ən yaxşı anasan, sən mənim kainatımsan. Ailəmizə, bizə və övladlarımıza uzun ömür, indi 7 iyun əbədi olaraq bizim xoşbəxt günümüz olacaq", - Qavrilov yazıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun