Dünya futbolunda ən çox penalti vuran oyunçu bəlli oldu

"Score90" futbol tarixində penaltidən ən çox qol vuran futbolçuların reytinqini dərc edib.

Dünya futbolunda ən çox penalti vuran oyunçu bəlli oldu
"Score90" futbol tarixində penaltidən ən çox qol vuran futbolçuların reytinqini dərc edib.

meqale.com oxuya istinadən xəbər verir ki, siyahıda birinci yeri karyerasında 172 penaltini qola çevirən "Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu tutur. Onun 31 cəhdi uğursuz olub.

İkinci sırada "Barselona"nın və Niderland millisinin əfsanəvi mərkəz müdafiəçisi, 111 penalti zərbəsini dəqiq yerinə yetirən Ronald Kuman qərarlaşıb. O, cəmi 7 dəfə topu qapı torundan keçirə bilməyib.

Hazırda "İnter Mayami"də çıxış edən Lionel Messi karyerası ərzində penaltidən 109 qol vurub və cədvəldə üçüncüdür. O da əzəli rəqibi Ronaldu kimi 31 dəfə uğursuzluq yaşayıb.