Emindən Jony-yə TƏRİF: "Məni və Faiq Ağayevi keçmisən" - VİDEO
Xəbər verdiyimiz kimi, Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynlinin "Sea Breeze" ailəvi-istirahət mərkəzində canlı solo konserti baş tutub.
meqale.com bizim.media-ya istinadən bildrir ki, sənətçiyə dəstək olmaq üçün Xalq artisti Emin Ağalarov səhnəyə çıxıb.
Tamaşaçıların coşqusu və alqışlar sədaları altında səhnəyə çıxan Emin ifaçını təriflərə qərq edib:
"Jony bir sıra ölkələrdə və Azərbaycanda bir nömrəli müğənni sayılır. Azərbaycanda sən məni və Faiq Ağayevi keçmisən. İndi oxuyacağımız mahnını Jony özü yazıb. Bu mahnı isə "Kamin" adlanır. Jony, sən burada böyük tıxac və insan seli yaratmısan. Səni çox istəyirem".