Dünyanın ən gənc milyarderin 19 yaşı var
"Forbes" jurnalının dünyanın ən varlı adamları reytinqinin ən gənc üzvü Almaniyanın əczaçılıq şirkəti "Boehringer Ingelheim"in varislərindən biri, 19 yaşlı Yohannes fon Baumbax olub.
meqale.com report-a istinadən xəbər verir ki, nəşr onun sərvətini 5,4 milyard ABŞ dolları həcmində qiymətləndirir.
"Forbes" siyahısında ən yaşlı milyarder isə "Mercury General" sığorta şirkətinin qurucusu 103 yaşlı amerikalı Corc Cozefdir.