Dünyanın ən təhlükəsiz avtomobilləri
Qəza sınaqlarının nəticələrinə əsasən "Euro NCAP" təşkilatı 2024-cü ilin ən təhlükəsiz minik avtomobillərinin adını açıqlayıb.
meqale.com bildirir ki, beləliklə, "Zeekr X" krossoveri "Ən təhlükəsiz elektrik avtomobili" kateqoriyasında qalib olub. Bundan əlavə, bu model kiçik krossover sinfində ən yaxşı avtomobil kimi tanınıb.
"Mazda CX-80" "Euro NCAP"də ən təhlükəsiz iri krossover kimi tanınıb. Böyük ailə avtomobillərinin reytinqində lider "Skoda Superb"dir. Mütəxəssislər həmçinin Çin istehsalı olan "Maxus eTerron 9"un yüksək təhlükəsizliyini qeyd ediblər. Kateqoriyasından asılı olmayaraq, mütləq qalib "Mercedes-Benz E-Class" olub.
"Euro NCAP", aktiv və passiv təhlükəsizliyi qiymətləndirən müstəqil avtomobil qəza testləri keçirən Avropa təşkilatıdır.
Bundan əvvəl məlum olub ki, "Aito M9" krossoveri Çində ən təhlükəsiz avtomobil kimi tanınıb.
"C-NCAP" metodu ilə keçirilən qəza testinin nəticələrinə görə, avtomobil təhlükəsizlik baxımından 93,9% qazanıb. "Aito M9"un sürücüsü və böyüklər sərnişinlərinin təhlükəsizliyi 96,98%, piyadaların təhlükəsizliyi 75,38%, aktiv təhlükəsizlik sistemləri isə 97,79% qiymətləndirilib.
Bundan əlavə, "Renault Logan" Cənubi Amerika təşkilatı "Latın NCAP" tərəfindən təşkil edilmiş qəza testindən də keçə bilməyib. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Test nəticələrinə əsasən, avtomobil mümkün beş ulduzdan təhlükəsizlik baxımından sıfır ulduz alıb.