"Əcəb edirəm, qazanıb xərcləyirəm" - Tənqidlərə belə reaksiya verdi

Rusiyada məşhurlaşan Hüseyn Həsənovun qırmızı avtomobili tənqid edilib. 

Rusiyada məşhurlaşan Hüseyn Həsənovun qırmızı avtomobili tənqid edilib. 

meqale.com xəbər verir ki, izləyicilərindən biri ona "kolxoz" şərhini yazıb. Hüseyn həmin şərhi yayımlayaraq, qırmızı sevgisindən bəhs edib. 

"Əzizim, maşınımı hansı rəng istəyirəmsə, ona da boyayıram. Kimdənsə icazə almağa ehtiyacım yoxdur. Özüm özümün rəhbəriyəm. Qırmızı istədim qırmızı etdim, çəhrayı istədim çəhrayı etdim. Özüm qazanıram, atam pul vermir" deyə, bloger qarşı tərəfə cavab verib.