Əfqanıstanda mədən çökdü: 35 nəfər dağıntılar altında qaldı

Əfqanıstanın şimalındakı Samanqan əyalətinin Dara Sof rayonunda kömür mədənində çökmə nəticəsində azı 35 fəhlə dağıntılar altında qalıb.

Əfqanıstanda mədən çökdü: 35 nəfər dağıntılar altında qaldı
Əfqanıstanın şimalındakı Samanqan əyalətinin Dara Sof rayonunda kömür mədənində çökmə nəticəsində azı 35 fəhlə dağıntılar altında qalıb.

meqale.com xarici mediaya istinadən xəbər verir ki, hadisə dekabrın 14-də axşam saatlarında baş verib.

Hazırda dağıntılar altında qalanların taleyi naməlumdur. Hadisə yerinə tibbi qruplar və təcili yardım maşınları cəlb olunub. Xilasetmə işlərinin aparılması üçün səylər davam edir.