Əhalinin nəzərinə - 17-si axşam...

Planetimizin yaxınlığında geomaqnit vəziyyət kəskin pisləşib. Kosmik laboratoriyalardan gələn məlumatlara görə, güclü günəş partlayışı baş verib və onun təsiri tezliklə Yerə çatacaq.

meqale.com xəbər verir ki, alimlərin proqnozuna görə, maqnit qasırğası dekabrın 17-si axşam başlayacaq və növbəti 48 saat ərzində pik aktivlik göstərəcək. Qasırğa G2 səviyyəsində qiymətləndirilir və həm insanların sağlamlığına, həm də rabitə sistemlərinin işinə təsir edə bilər.

Bu vəziyyət nəhəng günəş ləkəsinin Yerə doğru saatda bir milyon kilometrdən çox sürətlə hərəkət edən ionlaşmış hissəciklər axını ilə bağlıdır.