İlk dəfə bacısının məzarını ZİYARƏT ETDİ: "Kim deyirsə, ayıb edir" - VİDEO

Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər Yaşarqızı ilk dəfə dünyasını dəyişən bacısının məzarını ziyarət edib.

İlk dəfə bacısının məzarını ZİYARƏT ETDİ:
Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər Yaşarqızı ilk dəfə dünyasını dəyişən bacısının məzarını ziyarət edib.

meqale.com xəbər verir ki, sənətçi bacısının məzarı önündə olduqca kövrək anlar yaşayıb. O, ziyarət zamanı hisslərini bölüşərək bildirib ki, məzar üstünə tək getməyi üstün tutur:

"Kimləsə gəlməyi sevmirəm. Bacım qızından da çox narahat idi, onu çox istəyirdi. Həmişə deyirdi ki, birdən nəsə olsa, onsuz qala bilmərəm. Nəsə olsa, sənə əmanət deyirdi".

Ülkər Yaşarqızı bacısının övladına bundan sonra öz balası kimi baxacağını vurğulayıb:

"Ürəyim parçalanır. Onu öz balam kimi böyüdəcəyəm, hər şeyin ən gözəlini edəcəyik. Hələ də ölümünə inana bilmirəm".

Sənətçi bacısı ilə münasibətlərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, aralarında heç vaxt inciklik olmayıb:

"Bacım mənimlə küsülü olmayıb. Bunu deyənlər ayıb edir. Aramızda pərdə olub. Məndən 5 yaş böyük idi, ona hər zaman hörmət etmişəm, gələndə ayağa dururdum. Kaş hamının mənim bacım kimi bacısı olaydı".

Ülkər Yaşarqızının bu sözləri sosial şəbəkələrdə də müzakirələr yaradıb.