İranlı bloqer estetik əməliyyatlarına görə rekord qırdı

Sosial mediada məşhur simalardan biri kimi tanınan iranlı bloqer Anahita Naço 388 kosmetik əməliyyat keçirdiyini deyib.

İranlı bloqer estetik əməliyyatlarına görə rekord qırdı
Sosial mediada məşhur simalardan biri kimi tanınan iranlı bloqer Anahita Naço 388 kosmetik əməliyyat keçirdiyini deyib.

meqale.com xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, bununla da Naço Ginnesin Rekordlar Kitabına düşdüyünü və "dünyanın ən nazik beli"nə sahib olduğunu açıqlayıb.

Naço bildirib ki, kosmetik prosedurlara sevgilisinin xahişi ilə başlayıb və hazırda hər ay üzünün künclərinə və yanaqlarına 50 kubsantimetr gel vurulmasına məcbur qalır.

Mütəxəssislər isə "ekstremal" kosmetik müdaxilələrin ciddi risklər daşıdığına diqqət çəkirlər. Həkimlərin xəbərdarlığına görə, bu cür prosedurlar toxumaların zədələnməsi, sinir zədələri və davamlı bakterial infeksiyalar da daxil olmaqla ağır fəsadlara yol aça bilər.