Əhməd əş-Şaraa: Suriya separatçı layihələr üçün meydan deyil

Suriya separatçı layihələr üçün meydan deyil.

Əhməd əş-Şaraa: Suriya separatçı layihələr üçün meydan deyil
Suriya separatçı layihələr üçün meydan deyil.

meqale.com report-a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Əhməd əş-Şaraa Süveyda əyalətindəki vəziyyətlə bağlı bəyanatında bildirib.

Prezident vurğulayıb ki, bütün druz icmasını ayrı-ayrı şəxslərin hərəkətlərinə görə mühakimə etmək olmaz, Süveyda sakinlərinin əksəriyyətinin dövləti dəstəklədiyini, kiçik bir qrupun etiraz etdiyini qeyd edib.

O, Suriyanın ərazi bütövlüyünə dəstəyinə görə ABŞ-a təşəkkür edərək bildirib: "Suriya separatçı layihələr üçün meydan deyil".

Əhməd əş-Şaraa qəhrəmanlıq mövqeyinə görə qəbilələrə təşəkkür edərək rəsmi mövqeyi müdafiə edənləri dərhal atəşkəsə çağırıb.