Ehtiyata buraxılanlar hərbi qeydiyyata alınacaqlar - QƏRAR
"Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası"nda dəyişikliklər edilib.
meqale.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və ya Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqanlar tərəfindən mərkəzləşdirilmiş qaydada aparılır.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınırlar.