Ekrem İmamoğlunun diplomu ləğv edildi
İstanbul Universiteti şəhər bələdiyyəsinin başçısı Ekrem İmamoğlunun diplomunun ləğv edildiyini bildirib.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə universitet rəsmi açıqlama yayıb.
Bildirilib ki, daha əvvəl Ali Təhsil Qurumu (YÖK) siyasətçinin vaxtilə Kıbrısdakı Girne Amerikan Universitetindən İstanbul Universitetinə keçidinin qanunsuz olması barədə rəy verib. İstanbul Universitetin təftiş komissiyası da məhz bu rəyə əsasən diplomun ləğvi barədə qərar qəbul edib.