Əks yola çıxan sürücü keçiddə piyadaların üzərinə sürüb təhlükə yaratdı - VİDEO
Xırdalanda qaydaları kobud şəkildə pozan sürücünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyanın qaynar xəttinə göndərib.
meqale.com avtosfer.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 8-də, Heydər Əliyev prospektində baş verib. Belə ki, 90-VN-253 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü öncə qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Daha sonra isə keçiddə piyadalara yol verməyərək onların üzərinə sürüb.
Təhlükə ilə üzləşən piyada dayanaraq özünü ölümdən xilas edib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun