Elgizə əsəbiləşib efiri tərk etmək istədi - OLAY ÇIXDI - VİDEO
Meyxanaçı Ağamirzə və teleaparıcı Elgiz Əkbər arasında gərginlik yaşanıb.
meqale.com bakıvaxtı.az-a istinadən xəbər verir ki, "Elgizlə izlə" verilişində qonaq olan Ağamirzə və həmkarları növbə ilə şeir səsləndiriblər. Amma verilişin aparıcısı Elgiz meyxanaçılardan ikisinə şeir demək üçün vaxt ayırmayıb. Bu da Ağamirzəni özündən çıxarıb. O, Elgizə yanlış etdiyini bildirib.
"İstədim efiri tərk edim, amma özümə ayıb bildim. Amma siz düz etmirsiz. Bu haqsızlıqdır ki, birimiz şeir deyirik, digərimiz demirik. Hamı şeir oxumalıdır. Mən elə bir şey etmərəm, özüm lal olaram, ancaq elə şey etmərəm", - deyə Ağamirzə qeyd edib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun