Əli Mirəliyevin vəziyyəti açıqlandı
Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.
meqale.com bildirir ki, ifaçı Axşam.az-a açıqlamasında səhhətinin yaxşılaşdığını deyib. O bildirib ki, həkimlər icazə versə, bu gün evə buraxılacaq:
"Həkimlər müayinələrin cavabını deyəcək, bəlkə evə buraxıldım".
Qeyd edək ki, aparıcı Elgiz Əkbər Ə.Mirəliyev haqda "Dörd gündür vəziyyəti çox ağır idi. Həkimlər xərçəng olmasından şübhələnirlər" sözlərini deyib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun